Bakıya yerinə yetirilməli olan bir neçə aviareys təxirə salınıb

Bakıya yerinə yetirilməli olan bir neçə aviareys təxirə salınıb
# 28 mart 2016 08:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Qazaxıstanın Almatı və Rusiyanın Krasnoyarsk şəhərlərindən Bakıya olan aviareyslər təxirə salınıb.

"APA-Economics" xəbər verir ki, "Air Astana" aviaşirkəti Almatı-Bakı reysini 11:50-də, "Taymır" isə Krasnoyarsk-Bakı reysini 21:25 həyata keçirilməli idi.

Xatırladaq ki, dünən saat 23:50-də həyata keçirilməli olan Aktau-Bakı aviareysi də təxirə salınıb.

Reyslərin hansı səbəblərdən təxirə salınması bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR