“Qəbələ” Avropa Liqasında “Anderlext”ə məğlub olub

“Qəbələ” Avropa Liqasında “Anderlext”ə məğlub olub
# 15 sentyabr 2016 20:47 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də mötəbər turnirdə ilk matçına çıxıb.

Romaq Qriqorçukun yetirmələri ilk matçını səfərdə keçirib. “Qırmızı-qaralar” “Anderlext”ə qonaq olublar. Ardıcıl 2-ci dəfə qrupda mübarizə aparan “qırmızı-qaralar” səfərə xal iddiası ilə yollansalar da, buna nail ola bilməyiblər.

Hesab 14-cü dəqiqədə açılıb. Teodorşuk fərqlənib. Qoldan sonra irəli atılan komandamız hesabı bərabərləşdirmək üçün ilk cəhdindəcə buna nail olub. Baqali Dabo 20-ci dəqiqədə status-kvonu bərpa edib.

Ancaq ilk hissənin sonuna 4 dəqiqə qalmış rəqib yenidən önə keçib. Rafael Santos avtoqol müəllifi olub. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə daha bir dəfə fərqlənən ev sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

“Anderlext” – “Qəbələ” - 3:1

Qollar: Teodorşuk, 14, Rafael Santos (öz qapısına), 41, Kapel, 77 - Dabo, 20

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam

Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)

"Konstant Vanden Stok" stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR