Bakı Mədəniyyət və Turizm Baş İdarəsi sistemində təyinatlar olub

Bakı Mədəniyyət və Turizm Baş İdarəsi sistemində təyinatlar olub
# 14 sentyabr 2016 12:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi sistemində yeni təyinatlar olub.

Qurumdan APA-ya verilən məlumata görə, idarə rəisinin əmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Yeganə Məmmədova, V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə Afət İbrahimova təyin edilib.

Digər əmrə əsasən R.Behbudov adına 2 nömrəli 11 illik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Gülara Nuriyeva təyin olunub.

Qurumdan əlavə ediblər ki, təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR