Bakıda iki evdə yanğın olub

Bakıda iki evdə yanğın olub
# 10 fevral 2016 22:24 (UTC +04:00)

Bakı-APA. Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın Sabunçu rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının, yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR