Filippo Qrandi daha 2,5 il müddətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı təyin edilib

Filippo Qrandi daha 2,5 il müddətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı təyin edilib
# 26 noyabr 2020 04:20 (UTC +04:00)

BMT Baş Məclisi İtaliyadan olan Filippo Qrandinin daha 2,5 il müddətinə bu qurumun Qaçqınlar üzrə Ali Komissarı təyin edilməsi barədə qərarı təsdiqləyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, BMT-nin Baş Katibinin tövsiyəsi və üzv dövlətlərin məsləhətləşmələrindən sonra Baş Məclis İtaliyanın nümayəndəsi Filippo Qrandini 1 yanvar 2021-ci ildən 30 iyun 2023-cü il tarixədək sözügedən təşkilatın Qaçqınlar üzrə Ali Komissarı olaraq təsdiqləyib.

BMT Baş Katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib ki, ümumiyyətlə belə bir vəzifəyə namizəd beş il müddətinə təyin olunur, lakin Qrandi şəxsi səbəblərə görə bu müddətin qısaldılmasını istəyib.

Xatırladaq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı 2015-ci ildən etibarən bu vəzifəni icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR