Bakıda 24 yaşlı qız dəm qazından boğulub

Bakıda 24 yaşlı qız dəm qazından boğulub
# 11 dekabr 2015 14:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N. Əzizovanın dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR