Gəncədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

 Gəncədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib
# 16 oktyabr 2015 09:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Valeh Musayevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

R.Məmmədov izahatında V.Musayevin ondan öncə müəyyən edilməmiş digər avtomobillə vurulmasını bildirib.

Nizami (Gəncə) rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR