Senator Keynin namizədliyi rəsmi olaraq ABŞ vitse-prezidenti postuna irəli sürülüb

Senator Keynin namizədliyi rəsmi olaraq ABŞ vitse-prezidenti postuna irəli sürülüb
# 27 iyul 2016 22:52 (UTC +04:00)

Bakı-APA. Senator Timoti Keyn Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ vitse-prezidenti postuna irəli sürülüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Filadelfiyada Demokrat partiyasının seçkiqabağı qurultayında qərar qəbul edilib.

Qeyd edək ki, 58 yaşlı Tim Keyn Riçmond şəhərinin meri və Virciniya ştatının qubernatoru vəzifələrində çalışıb. Hazırda Keyn Virciniya ştatını Senatda təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR