Lənkəranda piyadanı maşın vurub

Lənkəranda piyadanı maşın vurub
# 16 aprel 2016 21:03 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 16-da axşam saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan «VAZ-21011» markalı, 42 BC 861 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən Lənkəran şəhər sakini, 41 yaşlı Emin Nəcəfovu vurub. Sürücü özü yaralını xəstəxanaya gətirib. Müayinədən sonra kəllə-beyin travması, baş və üz nahiyələrinin əzilməsi diaqnozu qoyulmuş zərərçəkmişə müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR