Türkiyədə azərbaycanlının soydaşını öldürməsinin üstü 10 il sonra açılıb

Türkiyədə azərbaycanlının soydaşını öldürməsinin üstü 10 il sonra açılıb
# 15 fevral 2016 14:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyənin Bursa vilayətində 10 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törədən azərbaycanlı bu il fevralın 12-də saxlanılıb.

APA-nın AA-ya istinadən verdiyi xəbərə görə, azərbaycanlı Rafael M. 2006-cı il fevralın 12-də qətl törətdiyini etiraf edib. Hazırda Bursada yaşayan və taxta-şalban alveri ilə məşğul olan Rafael M. polisə ifadəsində bildirib ki, Rusiya vətəndaşı Mehralı Abbasovu şəxsi münaqişə zəminində qətlə yetirib. Buna səbəb kimi, M. Abbasovun onun qardaşını döyməsini göstərib: “Mehralı Abbasov polis orqanlarında işləyirdi. 2000-ci ildə qardaşımı gözümün qarşısında döydü, bu, mənə çox pis təsir etdi. Onun pensiyaya çıxandan sonra Türkiyə ilə ticarətə başladığını, İstanbulda yaşadığını öyrəndim. Onunla danışmaq üçün bura gəldim, amma mənə də kobud davrandı. Həmin vaxt üstündəki tapançadan atəş açaraq, onu öldürdüm. Meyiti Bursaya gətirərək, Orxanqazi rayonunda yolun kənarına atdım”.

Qeyd edək ki, M . Abbasovun meyiti həmin vaxt tapılsa da, hadisəni törədənin kimliyi indiyədək müəyyənləşdirilməyib. Polis əməkdaşlarının telefon danışıqları ilə bağlı apardıqları araşdırma nəticəsində cinayətin üstü 10 il sonra açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR