Rusiya XİN Moskva müqaviləsinin ləğvi barədə təklifi öyrənir

Rusiya XİN Moskva müqaviləsinin ləğvi barədə təklifi öyrənir
# 10 fevral 2016 12:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Xarici İşlər Nazirliyi Dövlət Duması deputatlarının 1921-ci ildə Türkiyə ilə imzalanmış dostluq müqaviləsinin ləğv edilməsi təklifini öyrənir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O, Rusiya XİN-ə həqiqətən də Dövlət Dumasının bir sıra deputatları tərəfindən məlum müqavilənin ləğv edilməsi barədə sorğunun daxil olduğunu söyləyib: “Hazırda sorğu öyrənilməlidir ki, bizə konkret nə təklif edilir. Hələlik bu təşəbbüsü öyrənmək lazımdır”.

O ki qaldı müqavilənin ləğvinin Rusiya ilə Azərbaycanın münasibətlərinə təsirinə, M. Zaxarova bildirib ki, Moskva Bakı ilə münasibətlərini korlaya biləcək heç nə etməyəcək: “Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirir və bundan sonra da münasibətləri pozmağa deyil, daha da yaxşılaşdırmağa çalışacaq. Bizi Azərbaycanla bütün sahələrdə bir çox şeylər bağlayır. Ona görə də, münasibətləri poza biləcək heç nə etməyəcəyik”.


Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin və partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında müqavilənin ləğvi təşəbbüsü ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR