"CDB Bank": Müşahidə Şurası sədri vəzifəsinə yaxın vaxtda təyinat olacaq

"CDB Bank": Müşahidə Şurası sədri vəzifəsinə yaxın vaxtda təyinat olacaq
# 29 mart 2016 14:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Caspian Development Bank" ("CDB Bank") Müşahidə Şurasının sədri İbrahim Alışov tutduğu vəzifədən uzaqlaşıb.

"APA-Economics" xəbər verir ki, buna səbəb İ. Alışovun başqa vəzifəyə təyinat almasıdır. Ölkə başçısı İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən İ. Alışov Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin baş icraçı direktoru təyin olunub.

Hələlik bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyinat olmayıb. Bu vəzifənin müvəqqəti icrasının kimə həvalə olunduğu da hələlik məlum deyil. Bankdan əldə etdiyimiz məlumata görə, yaxın vaxtda bu vəzifəyə təyinat baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR