Prezident İlham Əliyev Naxçıvanda avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Naxçıvanda avtomobil yolunun açılışında iştirak edib
# 01 dekabr 2015 14:26 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış olub.

Məlumat verilib ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR