Cənub və şimal bölgələrində vərəmə tutulma sayı daha çoxdur

Cənub və şimal bölgələrində vərəmə tutulma sayı daha çoxdur
# 10 avqust 2016 09:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Ölkənin cənub və şimal rayonlarında vərəm xəstəliyinə tutulma Bakı və digər mərkəzi şəhərlərə nisbətən bir qədər artıqdır”.

APA-nın xəbərinə görə, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib.

Onun sözlərinə görə, vərəm və ağ ciyər xəstəliklərinə əsasən 20 yaşdan 40 yaşa qədər insanlar tutulur.

İ. Axundova qeyd edib ki, 2010-cu ildən vərəmli xəstələrin dərmanla təchizatını dövlət üzərinə götürüb: “2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin müalicəsi üçün lazım olan dərman preparatları dövlət tərəfindən təchiz olunur və xəstələr tam pulsuz müalicə olunurlar. Hazırda Dövlət Proqramı çərçivəsində dərmana davamlı vərəmli xəstələrə xidmət göstərən müasir standartlara cavab verən 3 mərkəz - 6 saylı, 8 saylı və 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanaları istifadəyə verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR