Bakının Xəzər rayonunda yanğın olub

Bakının Xəzər rayonunda yanğın olub
# 02 oktyabr 2015 21:10 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 203 kv.m olan bir dam altında tikilmiş ümumi sahəsi 69 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları, ümumi sahəsi 24 kv.m olan kompüter salonunun damı və bitişik ümumi sahəsi 12 kv.m olan elektrik avadanlıqlarının təmiri sexinin dam örtüyü yanıb.

Kompüter salonunun, sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR