Bakıda axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub
# 07 mart 2016 10:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1995-ci il təvəllüdlü Elsevər Qarayev, Xətai rayon 37-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1961-ci il təvəllüdlü Rahilə Nəsibova və Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1976-cı il təvəllüdlü Teyyub Quliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR