Bərdə sakinini avtomobil vurub

Bərdə sakinini avtomobil vurub
# 20 aprel 2016 19:29 (UTC +04:00)

Bərdə.Ziya Əmirxanlı-APA. Bərdədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Həsənqaya kəndi ərazisində baş verib.

Yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı 90 SN 939 qeydiyyat nömrə nişanlı avtomobil yol kənarında dayanan 1991-ci il təvəllüdlü Quliyev Bəxtiyar Zahid oğlunu vurub.

B. Quliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun həyatına təhlükənin olmadığı bildirilir. Piyadanı vurduqdan sonra avtomobil idarəetməni itirərək bir necə dəfə yuvarlanaraq yol kənarına düşüb. Hazırda rayon Polis Şöbəsində avtomobilin kimə məxsus olduğu araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR