Bu ilin ilk yarısında Azərbaycanda benzin və dizelin istehlakı azalıb

Bu ilin ilk yarısında Azərbaycanda benzin və dizelin istehlakı azalıb
# 15 avqust 2016 12:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın daxilində əsas növ neft emalı məhsullarının istehlakı 1,9 mln. ton olub və 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində 578,8 min ton avtomobil benzini istehlak edilib ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 11% azdır. Dizel yanacağının da istehlakı 14,9% azalaraq bu ilin 6 ayında 431,7 min ton təşkil edib.

Bu ilin ilk yarım illiyində mazut yanacağının istehlakı 2,6 dəfə artaraq 564,3 min ton olub. Bu müddət ərzində Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzinin istehlakı 22,6% azalaraq 84,1 min ton olub.

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə aviasiya üçün və sair ağ neft istehlakı 2,8% artaraq 92,1 min ton olub. Bu müddət ərzində ölkədə neft bitumunun istehlakı 14,6% azalaraq 57,8 min ton təşkil edib.

Maye qazın istehlakı 64,4% artaraq bu ilin altı ayı ərzində 76,3 min ton olub. Bu müddət ərzində sürtgü yağlarının istehlakı 13,2% azalaraq 19,1% olub. Digər neft məhsullarının istehlakı isə 25,4% azalaraq 8,5 min ton təşkil edib.

Ümumi istehlakın 30,3%-ni avtomobil benzini, 29,5%-ni mazut yanacağı, 22,6%-ni dizel yanacağı, 4,8%-ni aviasiya üçün və sair ağ neft, 4,4%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4,0%-ni maye qaz, 3,0%-ni neft bitumu, 1,0%-ni sürtgü yağları, 0,4%-ni isə digər neft məhsulları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR