Bakı-APA. Bu gün Tovuz rayonu Qovlar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan 1 mərtəbəli 2 otaq evin tavanı 1 kv.m sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan aynabəndin tavanı 30 kv.m sahədə qarsalanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.