“Qafqaz Tufandag Mountain Hotel” ən yaxşı hotel seçilib

“Qafqaz Tufandag Mountain Hotel” ən yaxşı hotel seçilib
# 22 iyun 2016 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Booking.com”da “Qafqaz Tufandag Mountain Hotel” Qəbələ şəhərində ən yaxşı hotel seçilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, reytinqə əsasən hotel mümkün olan 10 baldan 9.1 bal toplayıb.

Obyektin əsas üstünlüyü kimi yerləşdiyi məkan qeyd olunub. Hotel Dəmiraparançay sahilində, Qafqaz sıra dağlarının ətəyində yerləşir. Şəhər sehrli meşələrin əhatəsində olduğu üçün Qəbələni zümrüd şəhər adlandırırlar. Qəbələnin öz aeroportu mövcuddur və oraya yetişmək üçün yarım saatdan da az vaxt tələb olunur.

Qeyd edək ki, “Booking.com” turizm xidmətlərini təşkil edən, səyahətə çıxmaq istəyən şəxsləri informasiya ilə təmin edən ən böyük internet resurslarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR