Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib
# 29 fevral 2016 11:35 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev fevralın 29-da Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR