Bolqarıstan Rusiya qazının Avropaya nəqli üçün tranzit ölkə olmaq istəyir

Bolqarıstan Rusiya qazının Avropaya nəqli üçün tranzit ölkə olmaq istəyir
# 05 yanvar 2016 12:15 (UTC +04:00)

Bakı - APA. Bolqarıstan Rusiya qazının Avropaya nəqli üçün tranzit ölkə olmağı planlaşdırır.

APA-nın UNN-ə istinadən verdiyi xəbərə görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib.

O bildirib ki, buna Rusiya və Türkiyə arasında ticarət əlaqələrinin pozulması zəmin yaradıb. “Varna şəhəri yaxınlığında inşa edilməsi planlaşdırılan Balkan qaz anbarından Cənub-Şərqi və Mərkəzi Avropaya qazın nəql edilməsi üçün əsas tranzit ölkə olmaq istəyirik”,- deyə baş nazir qeyd edib.

Layihəyə əsasən, anbara qaz Rusiya, Türkmənistan, Azərbaycan, eləcə də, Rumıniya və Bolqarıstandakı yataqlardan daxil olacaq.

B. Borisovun sözlərinə görə, layihə və onun maliyyə planı Bolqarıstan hökuməti və Avropa Komissiya tərəfindən razılaşdırılıb.

Bolqarıstanın hakimiyyət nümayəndələrinin sözlərinə görə, ötən ilin fevralın 9-da Sofiyada keçirilən Enerji forumuna sözügedən “paylayıcı mərkəz”in tikintisi Avropa enerji marşrutlarının diversifikasiyasına imkan verəcək.

Varnada tikilməsi planlaşdırılan qaz anbarından “mavi yanacağın” Bolqarıstan, Rumıniya və Serbiyaya çatdırılması planlaşdırılır. Eyni zamanda, təxminən 43 milyard kubmetr qazın Mərkəzi Avropaya nəqli nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR