Son 1 ildə Azərbaycanda əsas kapitala xarici sərmayələr 53% artıb

Son 1 ildə Azərbaycanda əsas kapitala xarici sərmayələr 53% artıb
# 19 mart 2016 10:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1241,1 mln. manat vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1045,8 mln. manatı (84,3%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin eyni dövründə xarici mənbələrdən əsas kapitala yönəldilən vəsait 430,1 mln. manat və ya 53% artıb. Başqa sözlə, 2015-ci ilin yanvar-fevral aylarında xarici mənbələrdən əsas kapitala 811 mln. manat vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR