"PAŞA Bank"ın rəhbərliyində dəyişiklik olub

"PAŞA Bank"ın rəhbərliyində dəyişiklik olub
# 03 mart 2016 07:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “PAŞA Bank” ASC-nin rəhbərliyinə yeni təyinat olub.

APA-Economics”in məlumatına görə, Cavid Quliyev cari ilin fevralın 22-də İdarə Heyətinin sədr müavini təyin edilib.

Qeyd edək ki, C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, "British Bank of the Middle East" bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb. 2003-cü ildə C. Quliyev “Unibank”ın İdarə Heyəti sədrinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər arasındakı dövrdə o, “Bank Standard”ın İdarə Heyəti sədrinin birinci müavini olub.

2012-ci ildə C. Quliyev "Capital Resources Advisors" şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib. 2014-cü ildə o, “PAŞA Holdinq” şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.

C. Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə, bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR