Tovuzda qadını avtomobil vurub

Tovuzda  qadını avtomobil vurub
# 18 fevral 2016 19:57 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda qadını avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” “Mercedes” markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında səkini süpürən 1964-cü il təvəllüdlü Cəmilə Məmmədovaya çırpılıb. Qəza zamanı müxtəlif bədən xəsarəti alan qadın dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR