Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-1

Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn olunub - <span style="color: red;">YENİLƏNİB-1
# 31 avqust 2016 12:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

Vida mərasimində çıxış edən Əbülfəz Qarayev Oqtay Zülfüqarovun Azərbaycan musiqisi və bəstəkarlığının inkişafındakı xidmətləri haqda danışıb. Nazir bildirib ki, Azərbaycan musiqisinin inkişafında onun xüsusi yeri var: “Onun oğlu da bəstəkardır. Bu ənənə davam edir. Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı mahnılar bu gün də səsləndirilir. Oqtay Zülfüqarovun musiqisi yaşayır, bundan sonra da yaşayacaq”.

Vida mərasiminin ardından bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

***

13.12

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilir.


Bəstəkar vida mərasiminin ardından II Fəxri xiyabanda dəfn olunacaq.


87 yaşlı xalq artisti bu gün səhər vəfat edib.

***

saat 10.41

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.

Bu barədə APA-ya Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

F. Əlizadə bəstəkarın bu gün səhər dünyasını dəyişdiyini bildirib.

Bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilək. O. Zülfüqarov II Fəxri xiyabanda dəfn olunacaq.

Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.

3 övladı var.

O. Zülfüqarov müxtəlif janrda əsərlərin müəllifi olsa da, əsasən uşaq mahnılarının müəllifi kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR