Gürcüstanın Marneuli rayonunda seçki məntəqəsində kütləvi qarşıdurma baş verib - YENİLƏNİB

<b>Gürcüstanın Marneuli rayonunda seçki məntəqəsində kütləvi qarşıdurma baş verib</b> - <span style="color: red;">YENİLƏNİB
# 08 oktyabr 2016 17:30 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda seçki məntəqəsində qarşıdurma baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və “Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış naməlum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib və seçki qutularını aparmağa cəhd ediblər. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada 200-dək şəxsin iştirak etdiyi bildirilir.

Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.

Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.

Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir. Hakim “Gürcü arzusu” partiyasının nümayəndələri 48-ci seçki məntəqəsinin “Vahid Milli Hərəkat” tərəfdarlarının hücumuna məruz qaldığını iddia edirlər. “Vahid Milli Hərəkat” partiyasından majoritar namizəd Əhməd İmamquliyev isə bildirib ki, qarşıdurmaya hakim partiyanın səsvermə zamanı saxtakarlıq törətməyə cəhd etməsi səbəb olub.

Polis hazırda vəziyyəti nəzarətə götürüb.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR