Azərbaycanda evdən 50 min manatlıq qızıl oğurlayan gənc tutulub

Azərbaycanda evdən 50 min manatlıq qızıl oğurlayan gənc tutulub
# 05 may 2016 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda mənzildən külli miqdarda qızıl oğurlanıb.

Samux Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, rayon sakini İlahə Məmmədova yaşadığı Qarayeri qəsəbəsindəki evindən 50 min manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat verib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Seymur Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR