Kerri və Zərif bir sıra mühüm məsələlər üzrə irəliləyişin əldə olunduğunu bildiriblər

Kerri və Zərif bir sıra mühüm məsələlər üzrə irəliləyişin əldə olunduğunu bildiriblər
# 20 aprel 2016 05:36 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşdən sonra bir sıra mühüm məsələlər üzrə irəliləyişin əldə olunduğunu bildirib. Bu barədə APA “Reuters”-ə istinadən məlumat yayıb.

“Biz bu gün bir sıra mühüm məsələləri müzakirə etdik və müəyyən irəliləyişə nail olduq. Biz aprelin 22-də iqlimə dair sazişin imzalanmasından sonra qeyd etdiyim irəliləyişləri təsdiqləmək üçün görüşməyə razılaşdıq”, -deyə Kerri bildirib.

Məhəmməd Cavad Zərif, öz növbəsində, görüş zamanı, əsasən, nüvə proqramı üzrə razılaşmanın icrası məsələsinin müzakirə olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR