Manat avroya qarşı zəifləməkdə davam edir

Manat avroya qarşı zəifləməkdə davam edir
# 27 yanvar 2016 06:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün yanvarın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,01% azalaraq 1,6050 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0014 manat və ya 0,08% möhkəmlənərək 1,7432 manatadək artıb.

Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1% artaraq 0,0203 manat səviyyəsində müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR