Rusiyanın Nijni Novqorod şəhərində üç nəfər "donuz qripi"ndən ölüb

Rusiyanın Nijni Novqorod şəhərində üç nəfər "donuz qripi"ndən ölüb
# 27 yanvar 2016 15:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Nijni Novqorod şəhərində üç nəfər "donuz qripi"ndən ölüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu 13 saylı şəhər klinik xəstəxanasının baş həkimi Aleksandr Razumovski bildirib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 48 nəfər qripə yoluxmuş xəstə var: "Onlardan 4 nəfər “donuz qripi” virusuna yoluxub. Hazırda həmin xəstələr reanimasiyadadır".

"Rospotrebnadzor"un regional nümayəndəliyinin məlumatına görə, Nijeqorod vilayətində qrip epidemiyası 1,5 dəfə, Nijni Novqorod şəhərində isə 2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR