“Societe de Courtage”nin öhdəlikləri 3 dəfəyə yaxın artıb

“Societe de Courtage”nin öhdəlikləri 3 dəfəyə yaxın artıb
# 30 mart 2016 08:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 1 mln. 981 min 422 manat və ya 2,43 dəfə artaraq 3 mln. 367 min 866 manat olub. Hesabat dövrünün sonuna cəmi uzunmüddətli aktivləri 30 min 609 manat, cəmi qısamüddətli aktivləri isə 3 mln. 337 min 256 manat təşkil edib.

2014-cü il ilə müqayisədə ötən il “Societe de Courtage”nin nizamnamə kapitalı dəyişməyərək 155 min 783 manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 380 min 612 manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 127 min 449 manat və ya 50,34% çoxdur.

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 1 mln. 853 min 973 manat və ya 2,64 dəfə artaraq 2 mln. 987 min 254 manata çatıb. Hazırda “Societe de Courtage”nin cəmi uzunmüddətli öhdəlikləri 2 mln. 964 min 487 manat, cəmi qısamüddətli öhdəlikləri 22 min 767 manat təşkil edir.

Hesabat dövründə şirkətin gəlirləri 611 min 976 manat, xərcləri 374 min 293 manat olub. “Societe de Courtage” 2015-ci ili 187 min 829 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR