Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 70 dəfə pozulub - VİDEO

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 70 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2015 06:35 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR