Avropa İttifaqı Belarus və Lukaşenko üzərindən sanksiyaları götürür

Avropa İttifaqı Belarus və Lukaşenko üzərindən sanksiyaları götürür
# 12 fevral 2016 20:15 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Belarus və prezident Aleksandr Lukaşenkoya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı planlaşdırır.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə diplomatik mənbələrdən bildirilib.

Belə ki, artıq fevralın 15-də “qara siyahıya” salınan onlarla şəxs və şirkət üzərindən sanksiyalar götürüləcək.

Ayın sonunadək isə Belarusa qarşı sanksiyalar tamamilə aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR