MDB dövlət başçılarının növbəti Zirvə toplantısı 2016-cı ilin sentyabrında Qırğızıstanda keçiriləcək

MDB dövlət başçılarının növbəti Zirvə toplantısı 2016-cı ilin sentyabrında Qırğızıstanda keçiriləcək
# 16 oktyabr 2015 09:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. MDB dövlət başçılarının növbəti Zirvə toplantısı 2016-cı ilin sentyabrında Qırğızıstanda keçiriləcək.

APA-nın məlumatına görə, bu sözləri MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB dövlət başçılarının Qazaxıstanda keçirilən geniş tərkibli iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2016-cı ildə MDB-yə sədrlik məsələsinə baxılıb və Qırğızıstan prezidenti Almazbek Atambayevin təklifi ilə növbəti zirvə toplantısının Qırğızıstanda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR