Son 1 ildə Azərbaycanda kommersiya banklarının xarici borclanması 26% artıb

Son 1 ildə Azərbaycanda kommersiya banklarının xarici borclanması 26% artıb
# 08 yanvar 2016 15:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 247,9 mln. manat və ya 25,89% artaraq 2015-ci ilin dekabrın 1-nə 6 067,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin oktyabrı ilə müqayisədə noyabrda bankların məcmu xarici öhdəliklərin həcmi 76,1 mln. manat və ya 1,24% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin dekabrın 1-nə 5 352,1 mln. manat təşkil edib ki, bu da 2014-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 923,9 mln. manat və ya 56,12% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin oktyabr ayı ilə müqayisədə noyabrda 636 mln. manat və ya 13,49%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR