Quba-Xınalıq yolunda qar uçqunu olub, yol bağlanıb

Quba-Xınalıq yolunda qar uçqunu olub, yol bağlanıb
# 22 dekabr 2015 11:13 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba - Xınalıq yolunda qar uçqunu baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar Sahəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR