Gəncə və Mingəçevirdə maşın, Zaqatalada ev yanıb

Gəncə və Mingəçevirdə maşın, Zaqatalada ev yanıb
# 14 fevral 2016 19:37 (UTC +04:00)

Bakı – APA. Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin elektrik avadanlıqları qismən yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunun. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mingəçevir şəhərində vətəndaşa məxsus BMW markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zaqatala rayonunun Göyəm kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR