Deputatlığa namizəd Cavanşir Feyziyev növbəti dəfə seçicilərlə görüşüb - FOTOSESSİYA

Deputatlığa namizəd Cavanşir Feyziyev növbəti dəfə seçicilərlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 22 oktyabr 2015 14:18 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, son görüşlər Şəki rayonunun Aşağı Küngüt və Baş Küngüt kəndlərində təşkil olunub.

Yaşayış məntəqələrinin mərkəzində qurulmuş səyyar təbliğat-təşviqat səhnəsi deputatlığa namizədin öz seçicilərinə ünvanladığı şüarlarla bəzədilib. Deputat Cavanşir Feyziyevin vəkilləri – Baba Yusifov, professor Fərman İsmayılov, professor Rafiq Rəsulov, tanınmış yazıçı-jurmalist Ələddin Əsədzadə, şair Vaqif Aslan və başqaları vətəndaşlara müraciət edərək, son beş ildə Cavanşir Feyziyevin ictimai-siyasi fəaliyyəti barədə ətraflı danışıb və seçiciləri növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəklıəməyə çağırıblar.

Seçicilər qarşısında çıxış edən Cavanşir Feyziyev Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında danışıb, son 5 ildə bütün ölkədə, eləcə də 115 saylı seçki dairəsi ərazisində hökümət tərəfindən həyata keçirilmiş geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Cavanşir Feyziyev bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmkləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib. Tədbirlərdə çıxış edən yerli sakinlər deputatın keçən 5 il ərzindəki fəaliyətindən razı qaldıqlarını və 1 noyabr seçkilərində də növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Baş Küngüt və Aşağı Küngüt kəndlərində keçirilən görüşlər “Qala” instrumental ansamblının, tanınmış musiqi və incəsənət xadimləri – xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının, əməkdar artist Vaqif Şıxəliyevin və digər müğənnilərin iştirak etdiyi konsert proqramı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR