Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb

Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb
# 20 iyun 2016 07:19 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 5 yaşlı M. Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan “Neasidol” kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.

Həkimlərin səylərinə baxmayaraq, M. Qafarov xəstəxanada ölüb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR