"Deloitte" Azərbaycanda avtomobillərin yalnız nağdsız qaydada satılmasını təklif edir

"Deloitte" Azərbaycanda avtomobillərin yalnız nağdsız qaydada satılmasını təklif edir
# 18 yanvar 2016 07:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması üçün sahibkarlara müəyyən güzəştlər edilməlidir".

"APA-Economics" in məlumatına görə, bu barədə "Deloitte Azerbaijan"ın idarəedici partnyoru Nuran Kərimov deyib.

N. Kərimovun fikrincə, nağdsız hesablaşmaların stimullaşdırılması üçün bəzi xarici ölkələrdə mövcud olan təcrübədən yararlanmaq olar: "Bəzi xarici ölkələrdə olduğu kimi avtomobillər yalnız nağdsız qaydada satıla bilər".

O qeyd edib ki, nağdsız hesablaşmalardan daha çox banklar faydalanacaq və nağdsız hesablaşmaların genişlənməsi bankların gəlirlərini artıracaq. "Bu baxımdan banklar da müəyyən güzəştlər etməli, komissiya haqlarını aşağı salmalıdırlar", - deyə N. Kərimov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR