Bu ilin fevralında yol-nəqliyyat hadisələrində ölənlərin sayı kəskin azalıb

Bu ilin fevralında yol-nəqliyyat hadisələrində ölənlərin sayı kəskin azalıb
# 22 fevral 2016 07:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu il fevralın 21-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, ölümlə nəticələnən hadisə Bakının Sabunçu rayonu ərazisində qeydə alınıb. Sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

K. Əliyev qeyd edib ki, fevralın 21 günü ərzində respublikada baş verən yol-nəqliyyat hadisələrində 24 nəfər ölüb. Ötən ilin fevral ayı ərzində isə qəzalarda ölənlərin sayı 78 olub. Ötən ilin müvafiq dövri ilə müqayisədə ölənlərin sayında kəskin azalma müşahidə olunur.

K. Əliyev sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa, piyadaları isə yalnız onlar üçün nəzərdə tutulmuş yerlərdən keçməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR