Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Almaniyanın ATƏT-ə sədrliklə bağlı prioritetlərinin reallaşacağına ümid edirik

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: Almaniyanın ATƏT-ə sədrliklə bağlı prioritetlərinin reallaşacağına ümid edirik
# 08 dekabr 2015 07:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ümid edirik ki, Almaniyanın ATƏT-də sədrliyi ilə bağlı xarici işlər naziri Frank-Volter Ştaynmayerin səsləndirdiyi prioritetlər - dialoq, etimad və təhlükəsizik meyarları üstün mövqeyə sahib olacaq”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin dekabrın 3-4-də Belqradda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısındakı yekun bəyanatında deyilir. Nümayəndəlik qurumda sədrliyi qəbul edən Almaniyaya uğurlar arzulayıb.

Azərbaycan nümayəndəliyi ATƏT-də bir sıra problemlərin həll olunması üçün Serbiya sədrliyinin yorulmaz səylərinə görə minnətdarlığını da bildirib: “Lakin bu il ərzində mandatın pozulmasına laqeydlik və ATƏT icra strukturlarında və regional ofislərdə ciddi çatışmazlıqlar onların aktuallığını sual altında qoyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR