Şoyqu: “Əsədin hakimiyyətdən getməsi ilə Suriyada qan tökülməsi dayanmayacaq”

Şoyqu: “Əsədin hakimiyyətdən getməsi ilə Suriyada qan tökülməsi dayanmayacaq”
# 27 aprel 2016 09:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Bəşər Əsədin hakimiyyətdən getməsi ilə Suriyada qan tökülməsi dayanmayacaq. Qərbdəki həmkarlarımızdan tez-tez Bəşər Əsəd getdikdən sonra Suriyada axan qanın dayanacağını və bundan sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rusiyanı dəstəkləyəcəyini eşidirik. Lakin bu niyyətə inanmaq çox çətindir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışında bildirib. O bildirib ki, bu durumda sual yaranır: “İraqda və Liviyada Səddam Hüseyn və Müəmmər Qəddafi devrildikdən sonra sülhü və əmin-amanlığı bərpa etməyə kim mane olub?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR