Baş Prokurorluq bir qrup şəxsin prokurorluğun binası qarşısında aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib

Baş Prokurorluq bir qrup şəxsin prokurorluğun binası qarşısında aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib
# 15 sentyabr 2016 16:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluq prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirilməsi barədə mətbuatda yayılan məlumatları təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bəzi KİV-də sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılıb.

“Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilib və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR