Nazirlik: 32 məktəbdə SMS gündəlik tətbiq edilir

Nazirlik: 32 məktəbdə SMS gündəlik tətbiq edilir
# 16 aprel 2016 11:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Təhsil Nazirliyinin elektron dərslik portalında 131 elektron kitab yerləşdirilib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin elektron və veb məzmunun inkişafı şöbəsinin baş məsləhətçisi Tofiq Sadıxov bildirib ki, onlardan 120-si dərslik, 11-i isə müəllim metodik vəsaitdir.


Onun sözlərinə görə, 131 elektron kitab I, II, III, IV, VI-VII və VIII siniflərin dərslikləridir: “Hazırda elektron dərslik portalında qeydiyyatdan keçən istifadəçilərin sayı 71484 nəfərdir. Ümumilikdə isə 773 min nəfərdən çox istifadə edir. İstifadəçilər arasında Bakı, Gəncə, Naxçıvan və Zaqatala sakinləri üstünlük təşkil edir”.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün valideyn nəzarət sistemi 42 elektron məktəbdə tətbiq olunur. Onun sözlərinə görə, hazırda 32-də məktəbdə SMS gündəlik tətbiq edilir və valideynlər övladlarının qiymətini SMS vasitəsilə əldə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR