SOCAR qazma işlərini artırıb

SOCAR qazma işlərini artırıb
# 02 fevral 2016 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin yanvar ayında həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 809 metr qazma işi həyata keçirilib. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2 644 metr və ya 36,9% çoxdur.

Qeyd edək ki, yanvar ayı ərzində qazmadan alınmış 1 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR