Azərbaycanda yükdaşıma bahalaşıb

Azərbaycanda yükdaşıma bahalaşıb
# 07 oktyabr 2016 14:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% artıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR