Qırğızıstan vətəndaşı Azərbaycanda qadına qarşı soyğunçuluq edib

Qırğızıstan vətəndaşı Azərbaycanda qadına qarşı soyğunçuluq edib
# 29 oktyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qadına zor tətbiq edərək çantasını alıb qaçan Qırğızıstan vətəndaşı tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-də paytaxtın Nizami rayonunun İ.Məmmədov küçəsində naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq 24-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı onun Qırğızıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR