Rusiyadan İrana C-300 kompleksinin göndərilməsi üçün sənədləşmə başa çatıb

Rusiyadan İrana C-300 kompleksinin göndərilməsi üçün sənədləşmə başa çatıb
# 13 oktyabr 2015 13:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya və İran C-300 zenit-raket kompleksinin Tehrana göndərilməsi məsələsi ilə bağlı bütün sənədləşmə problemlərini həll edib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“C-300-lərin göndərilməsi ilə bağlı bütün sənədləşmə, o cümlədən digər problemlər həll olunub. Hazırlıq prosesi başa çatıb. Ona görə də, C-300-lərin İrana göndərilməsində heç bir maneə görmürəm", - deyə Rusiya S. Ryabkov söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR